Ürəyimiz davamlı pompa işi görərək bütün bədənin qan ehtiyyacını qarşılayır. Maraqlısı budur ki ürək özü daxilindən keçən bu qanla qidalanmır. Oksigenlə zəngin qan ürəyimizə koronar arteriyalar vasitəsilə çatdırılır.
Bu arterlərin iç təbəqəsi zamanla yüksək xolesterol, yüksək arterial təzyiq ya da siqaret ilə əlaqədar olaraq dolayı yolla zərər görür və nəticədə arter divarında plak (yağlı maddələr və kalsium yığıntısı) yaranır.
Plak yaranımı artdıqca arter daha da daralır və ürək əzələsinə qan axımı ciddi pozulur. Nəticədə ürəkdə oksigen aclığı yaranır:
- Sinədə göynəmə
- Sol qola, kürəyə irradiasiya edən ağrı
- Fiziki gərginlik zamanı yaranan təngnəfəslik
LAD (sol ön enən arter) — ürəyi qidalandıran ən vacib damardır. Bu damarın tıxanması ciddi infarkt riski daşıyır.
Müalicə
Ciddi hallarda aorta-koronar şuntlama (bypass) əməliyyatı icra olunur. Tıxanmış damarın aşağı hissəsinə yeni damar körpüsü (safen vena və ya LIMA) tikilərək qan axımı bərpa edilir.